Çin Yerin məsafədən zondlama peykini orbitə çıxarıb

Çin Yerin məsafədən zondlama peykini orbitə çıxarıb
# 26 dekabr 2021 12:31 (UTC +04:00)

Çin yer səthinin məsafədən zondlanması üçün yeni “Ziyuan-1 02E” optik peykini orbitə buraxıb.

APA bildirir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.

Buraxılış bazar günü yerli vaxtla saatla 11.11-də ölkənin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Məlumata görə, Ziyuan-1 02E peyki yerin təbii ehtiyatlarının öyrənilməsi və sistemləşdirilməsi üçün orbitə göndərilib.

Bundan əlavə, orbitə kiçik elmi peyk göndərilib ki, bu da ÇXR-in orta məktəb şagirdləri üçün tədqiqat platformasına çevriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR