ABŞ Rohinca qaçqınlarına 59 milyon dollarlıq yardım ayırıb

ABŞ Rohinca qaçqınlarına 59 milyon dollarlıq yardım ayırıb
# 06 mart 2020 04:47 (UTC +04:00)

ABŞ Myanma və Banqladeşdəki Rohinca qaçqınlarına əlavə 59 milyon dollar humanitar yardım ayırıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

“Martın 3-də ABŞ Rohinca qaçqınlarına və onları Banqladeşdə qəbul edən cəmiyyətlərə, həmçinin daxildə köçürülmüş şəxslərə və Myanmada mənəvi təsir görmüş digər icmaların üzvlərinə 59 milyon dollardan çox əlavə humanitar yardım ayrıldığını elan etdi”, - sənəddə belə deyilir.

ABŞ Xarici İşlər Nazirliyi bildirir ki, bu vəsait 900 mindən çox insana kömək məqsədilə nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR