ABŞ-da həbsdə saxlanılan alim Sirus Əsgəri İrana təhvil veriləcək

ABŞ-da həbsdə saxlanılan alim Sirus Əsgəri İrana təhvil veriləcək
# 01 iyun 2020 13:23 (UTC +04:00)

“Vaşinqtonla Tehran arasında əldə edilən razılaşmaya əsasən, iranlı fizik Sirus Əsgəri tezliklə evinə qayıdacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

“Hər hansı problem yaranmazsa, Sirus Əsgəri yaxın günlərdə ölkəmizə qayıdacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Sirus Əsgəri Ağ Evin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün 2017-ci ildə ABŞ-da saxlanılıb. O, Ohayo ştatının universitetindən məxfi məlumatları oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR