İraq XİN-in rəhbəri və NATO-nun Baş katibi gələcək əməkdaşlığı müzakirə ediblər

İraq XİN-in rəhbəri və NATO-nun Baş katibi gələcək əməkdaşlığı müzakirə ediblər
  • Clock-gray 03:54
  • calendar-gray 18 Yanvar 2020

İraqın Xarici İşlər naziri Məhəmməd Əli əl-Hakim NATO-nun Baş katibi Yens Stoltenberqlə Bağdadın hərbi alyansla gələcək münasibətlərini müzakirə edib.

APA xəbər verir ki, bu barədə İraq XİN-in bəyanatında deyilir.

“Telefon danışıqları zamanı İraqdakı və bölgədəki vəziyyət müzakirə edilib. Alyansla əlaqələrin gələcəyi, əməkdaşlıq mexanizmləri də müzakirələrin mövzusu olub”, - deyə sənəddə qeyd olunur.

İraq XİN-in rəhbəri söhbət zamanı “İraqın öz suverenliyini qorumaqda rolunun gücləndirilməsinin vacibliyini” vurğulayıb. Əl-Hakim, həmçinin bildirib ki, İraq üçüncü ölkələrin qarşıdurma meydanına çevrilməməlidir.

Alyansın Baş katibi öz növbəsində NATO-nun Yaxın Şərqdəki sabitliyə və beynəlxalq terrorizmlə mübarizəyə daha çox töhfə vermə potensialının olduğunu, Yaxın Şərqdəki fəaliyyətini artırarsa, bunu bölgə ölkələri ilə əməkdaşlıq çərçivəsində edəcəyini deyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date