Putin və Ruhani pandemiya ilə mübarizəni müzakirə ediblər

Putin və Ruhani pandemiya ilə mübarizəni müzakirə ediblər
# 21 aprel 2020 18:49 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İran liderinin rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, liderlər koronavirusla mübarizədə əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Ruhani regional məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin və İran, Rusiya və Türkiyə arasında məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR