Terror hücumlarında Əfqanıstan ordusunun 15 əsgəri öldürülüb

Terror hücumlarında Əfqanıstan ordusunun 15 əsgəri  öldürülüb
# 29 may 2020 11:38 (UTC +04:00)

Əfqanıstan Milli Ordusunun və sərhəd qoşunlarının ən azı 15 əsgəri terror hücumlarında öldürülüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Patan regionun rəhbəri Eyd Məhəmməd Əhmədzayi məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş verən terror hücumları nəticəsində 9 nəfər yaralanıb.

"Dünən gecə yaraqlılar üç ordu və sərhəd keçid məntəqələrinə hücum edib. Silahlı qarşıdurma səhərə qədər davam edib", - deyə o qeyd edib.

Yerli sakinlərin məlumatına görə, hücumlarda yaraqlılar üstünlüyü ələ alıblar. Lakin Patan regionun rəhbəri Əhmədzayi bu faktı təkzib edərək bir neçə hücumçunun öldürüldüyünü və bir neçəsinin də xəsarət aldığını bildirib.

Taliban hücumla bağlı açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR