Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 8 nəfər ölüb

Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 8 nəfər ölüb
# 03 yanvar 2020 16:55 (UTC +04:00)

Aralıq dənizinin Türkiyə sahillərində qanunsuz mühacirləri daşıyan qayıq batıb.

APA-nın “Milliyyət” qəzetinə istinadən məlumatına görə, hadisə Muğla vilayətinin Fəthiyə rayonunun baş verib.

15 nəfər qanunsuz mühaciri daşıyan qayığın batması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal aidiyyəti üzrə axtarış və xilasetmə işlərinə başlanılıb.

Axtarış nəticəsində 3-ü qadın olmaqla, 8 mühacirin meyitləri sudan çıxarılıb. Digərlərin isə axtarışı davam etdirilir. Ölənlərin kimliyi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR