Hindistanda yol qəzasında 7 nəfər ölüb, 8 nəfər yaralanıb

Hindistanda yol qəzasında 7 nəfər ölüb, 8 nəfər yaralanıb
# 14 noyabr 2019 11:21 (UTC +04:00)

Hindistanda baş verən yol-nəqliyyat hadisəsində 7 nəfər ölüb.

APA-nın məlumatına görə, "Sinxua" agentliyi xəbər verir ki, Racastxan ştatının paytaxtı Caynur şəhərinin 80 km-liyində mikroavtobusun minik avtomobili ilə toqquşması 7 nəfərin ölümünə, 8 nəfərin yaralanmasına səbəb olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisənin başvermə səbəbini araşdırır.

"Sinxua"-nın məlumatında o da qeyd olunur ki, Hindistanda hər gün 400 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR