İranın Şərqi Azərbaycan əyalətində zəlzələdə ölən və yaralananların sayı artıb - YENİLƏNİB

İranın Şərqi Azərbaycan əyalətində zəlzələdə ölən və yaralananların sayı artıb - YENİLƏNİB
  • Clock-gray 10:18
  • calendar-gray 08 Noyabr 2019

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Böhranın idarəetmə idarəsinin baş direktoru Məhəmməd Baqir Hünərbər bildirib ki, Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ zamanı 6 nəfər ölüb, 345 nəfər xəsarət alıb, 40 ev tamamilə dağılıb.

O qeyd edib ki, zəlzələ Ərdəbil, Zəncan və digər əyalətlərdə də hiss olunub. Ərdəbildə zəlzələ nəticəsində 30 nəfər yaralanıb, yaralılardan 2-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, bu axşam yerli vaxtla saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 62 km dərinlikdə olub.

Xatırladaq ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

***

saat 09:16

İranda dünən gecə 5.9 maqnitudada baş verən zəlzələ nəticəsində 5 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ilkin olaraq ölü sayı 4, yaralı sayı 70 nəfər göstərilirdi.

Qeyd edək ki, zəlzələnin episentri Təbrizdən (Şərqi Azərbaycan vilayəti) 156 kilometr cənub-şərqdə yerləşib. Şərqi Azərbaycandakı böhran idarəetmə mərkəzinin rəhbəri Məhəmməd Baker Honar bölgəyə 8 xilasetmə qrupunun göndərildiyini deyib. 

Zəlzələ Azərbaycan Respublikasının İranla sərhəd ərazilərində də hiss edilib.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date