Fransa 2 vətəndaşının İranda saxlanılma ehtimalını araşdırır

Fransa 2 vətəndaşının İranda saxlanılma ehtimalını araşdırır
# 12 noyabr 2022 22:03 (UTC +04:00)

Fransanın Xarici işlər naziri Katrin Kolonna ölkəsinin daha iki vətəndaşının İranda saxlanılma ehtimalı olduğunu bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, diplomat rəsmi Parisin məsələni araşdırdığını bildirib.

"Biz digər iki vətəndaşımız üçün narahatıq. Bununla bağlı ziddiyyətli məlumatları yoxlamağa çalışırıq" – deyə nazir qeyd edib.

Xatırladaq ki, cümə günü “Le Figaro” qəzeti 2 Fransa vətəndaşının İrandakı son iğtişaşlardan əvvəl həbs olunduğunu iddia etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR