Hindistanın Odişa ştatında qatar qəzası baş verib.
APA-nı “The Hindu”ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər isə ciddi xəsarət alıb.
Hadisə Cacpur şəhərində, Koray stansiyasında baş verib, yük daşıyan qatarın səkkiz vaqonu relsdən çıxaraq gözləmə zalına çırpılıb.
Qəzanın baş verdiyi istiqamətdə dəmir yolu hərəkəti dayandırılıb.