İran XİN rəhbəri: Rusiyaya heç bir silah göndərməmişik

İran XİN rəhbəri: Rusiyaya heç bir silah göndərməmişik
# 07 oktyabr 2022 16:35 (UTC +04:00)

Biz Rusiyaya heç bir silah göndərməmişik.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian finlandiyalı həmkarı Pekka Haavisto ilə telefon danışığında deyib.

O bildirib ki, Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya heç bir silah göndərməyiblər, çünki bu böhranın siyasi yolla həllinə inanırlar və tərəflərin hər hansı silah dəstəyi gecikdiriləcək.

Nazirlər ikitərəfli münasibətlərdə baş verən son hadisələr, sanksiyaların ləğvi ilə bağlı danışıqlar, Ukrayna böhranı və İranda baş verən son hadisələri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR