İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb
# 01 aprel 2023 18:22 (UTC +04:00)

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.

APA "Aljazeera"ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.

Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib

"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.
Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur", -məlumatda qeyd olunub.

Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran - Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR