Şanlıurfa və Kilisdə axtarış-xilasetmə işləri yekunlaşıb - YENİLƏNİB

Şanlıurfa və Kilisdə axtarış-xilasetmə işləri yekunlaşıb - YENİLƏNİB
# 09 fevral 2023 13:51 (UTC +04:00)

Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Kilisdə axtarış-xilasetmə işləri yekunlaşıb.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib.

***

11:57

Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə hiss olunub. Bu saata qədər zəlzələ nəticəsində 12 873 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR