Türkiyədə bu gün koronavirusdan 192 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 192 nəfər ölüb
# 08 dekabr 2021 22:18 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 356 254 nəfərin test edildiyi, 20 874 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 883 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci,ikinci və üçüncü mərhələ daxil 121 276 848 peyvənd tətbiq edilib ki, bunun 90,94 faizi birinci, 81,81 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR