Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, 30 nəfər xəsarət alıb - FOTO

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, 30 nəfər xəsarət alıb - FOTO
# 04 fevral 2023 21:42 (UTC +04:00)

Türkiyədə qarlı hava ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

APA Anadolu agentliyinə istinadən xəbər verir ki, Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buzlamasına görə idarəetməni itirərək dərəyə aşıb.

Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR