Britaniyada son sutkada koronavirusdan 936 nəfər ölüb

Britaniyada son sutkada koronavirusdan 936 nəfər ölüb
# 08 aprel 2020 18:17 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 936 nəfər vəfat edib.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, son 24 saat ərzində təkcə İngiltərədə koronavirusdan 828 nəfər vəfat edib.

Şotlandiyada 70, Uelsdə 33, Şimali İrlandiyada isə 5 nəfər virusun qurbanı olub.

Bununla da bu günədək Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 7000-i ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR