Fransada yol qəzasında bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü ağır yaralanıb

Fransada yol qəzasında bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü ağır yaralanıb
# 21 iyul 2020 08:20 (UTC +04:00)

Fransanın cənub-şərqində yerləşən Drome bölgəsində baş verən yol qəzasında “Renault Scenic” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü isə ağır yaralanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat yayıb.

Bildirilib ki, saat 19 radələrində qeydə alınan hadisə zamanı ölənlərin 5-i də uşaq olub. Avtomobil aşdıqdan sonra alovlanıb. 4 nəfər avtomobildən çıxa bilsə də, ciddi yanıq xəsarətləri alıb.

Dərhal hadisə yerinə 50-dən çox yanğınsöndürən və 3 vertolyot cəlb edilib. Yaralılar vertolyotla xəstəxanaya aparılıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsinin əyləcində problem olub.

Faktla bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR