G7 ölkələrinin Xarici İşlər nazirlərinin video-konfransı keçiriləcək

G7 ölkələrinin Xarici İşlər nazirlərinin video-konfransı keçiriləcək
# 24 mart 2020 11:08 (UTC +04:00)

Sabah G7 ölkələrinin Xarici İşlər nazirlərinin video-konfransı keçiriləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi mətbuat konfransında deyib.

O bildirib ki, nazirlərin virtual görüşü martın 25-də baş tutacaq. Yaponiya XİN başçısı bu formatda görüşün ilk dəfə keçirildiyini qeyd edib: "Koronavirusun sürətlə yayıldığı belə çətin bir vəziyyətdə bizim fiziki olaraq bir araya gəlməyimiz mümkün deyil".

Nazir bildirib ki, video-konfransda koronavirusla bağlı vəziyyətlə yanaşı, Şimali Koreya, İran və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, bu il G7-yə sədrliyi ABŞ edir. Ötən həftə ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası səbəbi ilə iyunda Kamp-Deviddəki iqamətgahında keçirilməsi nəzərdə tutulan sammitin ləğv ediləcəyini və görüşün video-konfrans formatında keçiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR