Gürcüstan prezidenti Marneulidə koronavirusla bağlı yaranmış vəziyyətlə tanış olub

Gürcüstan prezidenti Marneulidə koronavirusla bağlı yaranmış vəziyyətlə tanış olub
# 29 mart 2020 16:52 (UTC +04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edərək koronavirusla əlaqədar yaranmış vəziyyətlə tanış olub. APA-nın yerli bürosu xəbər verir ki, S.Zurabişvili yerli idarəetmə orqanlarının nümayəndələri və hökümət rəsmiləri ilə görüşüb və yaranmış vəziyyət barədə məlumat alıb.

Qeyd edək ki, martın 23-dən etibarən koronavirusun yayılması riskinə qarşı Marneuli və Bolnisi rayonlarında sərt karantin rejimi tətbiq edilir. Karantin qaydalarını pozan şəxslər təxminən 1000 ABŞ dolları məbləğində cərimə olunurlar. Hazırda Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı 90 nəfər, virusdan sağalanların sayı isə 18 nəfərdir. Ölkə üzrə 4717 nəfər isə karantində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR