İtaliyada koronavirusdan vəfat edən tibb işçilərinin sayı 120-yə çatıb

İtaliyada koronavirusdan vəfat edən tibb işçilərinin sayı 120-yə çatıb
# 15 aprel 2020 15:56 (UTC +04:00)

İtaliyada koronavirusdan vəfat edən tibb işçilərinin sayı 120-yə çatıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Həkimlər Assosiasiyası "Fnomceo" məlumat yayıb.

Məlumata görə, COVID-19 virusunun sonuncu qurbanı bu gün səhər saatlarında vəfat edən terapevt Elisabetta Manjarinidir.

"Fnomceo"nun prezidenti Filippo Anelli deyib ki, indiyədək ölkədə virus yoluxanların 10 faizini tibb işçiləri təşkil edir: “Artıq həkimlərimiz çılpaq əlləri ilə virusla mübarizə aparırlar. Bu, bizə, vətəndaşlarımıza və bütün ölkəyə zərər verən qeyri-bərabər bir döyüşdür”.

Aprel ayının əvvəllərində İtaliya Həkimlər İttifaqı "Anaao-Asssomed"in yaydığı məlumata görə, ölkədə 10 000-dən çox tibb işçisi koronavirusa yoluxub. Bir çox həkimin hazırda reanimasiya şöbələrində müalicə aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR