Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
# 03 yanvar 2021 19:45 (UTC +04:00)

Türkiyədə Elazığın Sivrice rayonunda 4,1 gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 17:17-də yerin 8,5 kilometrliyində qeydə alınıb.

Təkanlar ətraf rayonlarda da hiss edilib.

Qeyd edək ki, keçən il yanvarın 24-də Elazığın Sivrice rayonunda 6,8 gücündə zəlzələ olub, 41 nəfər ölüb, 1466 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR