Yunanıstanda koronavirusa görə qaydaları pozan 45 nəfər həbs edilib

Yunanıstanda koronavirusa görə qaydaları pozan 45 nəfər həbs edilib
# 15 mart 2020 07:18 (UTC +04:00)

Yunanıstan hökumətinin koronavirusa qarşı mübarizə çərçivəsində müəyyənləşdirdiyi məhdudlaşdırıcı qaydaları pozan 45 nəfər həbs edilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polisin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, həbslər martın 12-dən 14-dək keçirilən reydlər zamanı qeydə alınıb.

Məlumata görə, bu müddət ərzində müvafiq qurumların qərarı ilə fəaliyyəti məhdudlaşdırılan müəssisələrin işinə müvəqqəti qadağa qoyulması ilə bağlı 43 pozuntu qeydə alınıb.

Bunlar repetitorluq, kişi bərbərlik salonu, qadın gözəllik salonları, kafe və yeməkxanalar, elektronika mağazası və s. müəssisələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR