Zelenski: "Ukraynalılar istənilən dildə, o cümlədən rus dilində də danışa bilirlər"

Zelenski: "Ukraynalılar istənilən dildə, o cümlədən rus dilində də danışa bilirlər"
  • Clock-gray 08:56
  • calendar-gray 10 Dekabr 2019

 

Ukrayna Prezidenti Vladimir Zelenski, ölkə vətəndaşlarının fərqli dillərdə, o cümlədən rus dilində danışa bildiyini söyləyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə "Normandiya dördlüyü" formatında keçirilən görüşdən sonra liderlərin birgə mətbuat konfransında bildirib.

Rusdilli Ukraynanın prezidenti olaraq cavab verəcəyini deyən Zalenski qeyd edib ki, ölkəsində yaxşı təhsilli insanlar var, onlar həm rus, həm də Ukrayna dilində danışa bilərlər: “Mən bu gün Rusiya Federasiyasının prezidentinə dedim ki, rus dili Ukraynada bütünlüklə qadağan edilməyib. Sözümə rus dilində davam edə bilərəm. Yeri gəlmişkən, biz ingilis dilində də çox yaxşı danışırıq". 

Qeyd edək ki, bu ilin may ayının ortalarında Ukraynanın bundan əvvəlki prezidenti Petro Poroşenko, demək olar ki, ölkədə bütün sahələrdə yalnız Ukrayna dilinin istifadəsini nəzərdə tutan "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanunu imzalamışdı.

 

Rəşad Sarıyev

Digər xəbərlər