ABŞ yay təlimləri öncəsi Baltikyanı ölkələrə F-35 eskadronunu yerləşdirir

ABŞ yay təlimləri öncəsi Baltikyanı ölkələrə F-35 eskadronunu yerləşdirir
# 14 avqust 2019 05:44 (UTC +04:00)

ABŞ Hərbi Hava Qüvvələri bu yay Avropada keçirilən Avropa təlimləri zamanı Baltikyanı ölkələrə ən son F-35 qırıcı təyyarələrini, eləcə də vahid hava hücumundan müdafiə məqsədilə raket kompleksələrini yerləşdirəcək.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı Jeffri Li Xariqyan açıqlama verib.

O bildirib ki, bu proses sürətli bir şəkildə həyata keçiriləcək: “Avropada F-35 eskadronunun yerləşdirilməsində məqsəd müttəfiqlərimiz və tərəfdaşlarımızla müvafiq təlimlərdə beşinci nəsil platformasına inteqrasiya edə bilməsidir. Bu, ümumi təlim tapşırıqlarını birləşdirməyə imkan verir”.

Hərbi Hava Qüvvələri Komandanı əlavə edib ki, bununla müttəfiqlər son nəsil döyüş təyyarələrilə 4-cü nəsil platformaları arasındakı uyğunluğu artırmaq imkanlarını gücləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR