ATƏT Baş katibi Moldovaya səfər edəcək

ATƏT Baş katibi Moldovaya səfər edəcək
# 13 sentyabr 2019 12:50 (UTC +04:00)

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Moldovaya səfər edəcək.

APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 17-dən 19-dək bu ölkədə Moldovada səfərdə olacaq baş katib orada yüksək-səviyyli rəsmilərlə görüşəcək.

Tomas Qremingerin Tiraspolun siyasi rəhbərliyi ilə görüşü də planlaşdırılır.

ATƏT-in yaydığı məlumata görə, səfəri çərçivəsində Tomas Qreminger qurumun 57 üzvünün dəstəklədiyi prinsiplər çərçivəsində Dnestryanı münaqişənin həlli prosesini, o cümlədən Rusiya Silahlı Qüvvələrinin regiondan çıxarılması və silahların məhvində şəffaflığın təmin olunmasında ATƏT-in oyanaya biləcəyi rolu müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR