Mövlud Cavuşoğlu: “Niyə Türkiyə mübarizəni Suriyaya keçirdi”

Mövlud Cavuşoğlu: “Niyə Türkiyə mübarizəni Suriyaya keçirdi”
  • Clock-gray 03:05
  • calendar-gray 12 Oktyabr 2019

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Niyə Türkiyə mübarizəni Suriyaya keçirdi” adlı məqalə yazıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir məqaləsində ölkəsinin “Barış bulağı” hərbi əməliyyatına başlamasını milli təhlükəsizliklə və didərgin suriyalıların evlərinə qayıtmasına dəstək olmaqla izah edib. 

Nazir yazıb ki, Türkiyənin şimal-şərqi Suriyadakı hərbi əməliyyatı Amerika mətbuatında kürdlərə qarşı hücum, İŞİD-in qalıqlarıyla mübarizəni zəiflətmək və Amerikanın müttəfiqləri nəzdindəki təhlükəsizliyə zərər vermək kimi yozulması çox məyusedicidir: “Yanlış anlayışları ortadan qaldırmaq məcburiyyətindəyəm, çünki Türkiyənin ABŞ-la 67 illik NATO müttəfiqliyi müvəqqəti, taktiki və ya müzakirəyə açıq deyil”.

M.Çavuşoğlunun yazdıqlarına görə, Türkiyə terrorçuların sərhəd bölgələrində yaratdığı təhlükəni aradan qaldırmaq, milli təhlükəsizliyi təmin etmək, suriyalıları terror təşkilatlarının tiranlığından qurtarmaq və Suriyanın ərazi bütövlüyü ilə siyasi birliyinə yönəlmiş təhdidləri yox etmək məqsədilə bu əməliyyata başlayıb: “Bu amillər didərgin suriyalıların könüllü evlərinə dönməsinə zəmin yaradacaq”.

Türkiyə sərhədlərində terror dəhlizinin yaradılmasına heç zaman yol verilməyəcəyini yazan nazir bunun üçün təhlükəsiz bölgə yaratmaq mövzusunda BMT-yə dəfələrlə məlumat verildiyini, ABŞ-a terrorçulara dəstək verməkdən geri çəkilmək çağırışları edildiyini də bildirib: “Lakin ABŞ PYD/YPG ilə əlaqəsini kəsməyi bacarmadı. Üstəlik, müdafiə nazirləri də daxil olmaqla, ABŞ səlahiyyətliləri Suriya Demokratik Qüvvələrinin (SDG) nüvəsi olan PYD/YPG-nin ABŞ, Avropa İttifaqı və NATO tərəfindən terror təşkilatı olaraq tanınan Türkiyədəki PKK-dan ayrılmaz xüsusiyyətlərini qəbul etdilər.

Amerikalı həmsöhbətlərimiz bu qüvvələrin sərhədlərimizdən çıxarılmasına razı olurmuş kimi göründülər. Avqust ayında aramızda baş verən hərbi danışıqlarda PYD/YPG-nin ərazidən çıxarılması və təhlükəsiz bölgənin qurulması razılığı oldu. Ancaq ABŞ bunu sona çatdırmadı.

PYD/YPG özünü dünyaya İŞİD-lə savaşan qrup kimi tanıda bilər, amma eyni zamanda Türkiyə ərazilərinə doğru tunellər qazmaqla PKK-ya hərbi vasitələr tədarükündə olduğu bir gerçəkdir”.

Nazir yazıb ki, Türkiyənin Suriyadakı kürd əhalisinə qarşı savaş apardığı barədə yayılan fikirlər kökündən yanlışdır, ölkəsinin hədəfi PKK, PYD/YPG və İŞİD terrorçularıdır.

Cavuşoğlu qeyd edib ki, “Barış bulağı” əməliyyatına başlamazdan öncə sərhəd bölgəsində yaşayan vətəndaşların təhlükəsizliyinin təminatı üçün tədbirlər görülüb: “Ötən bir neçə il ərzində Türkiyə ərəblər, kürdlər və türkmənlər də daxil olmaqla şimal-şərqi Suriyadan çox sayda qaçqına sığınacaq verdi. 300 mindən çoxu kürd olan bu qaçqınların əksəriyyəti terrorçular tərəfindən sürgün edillmişdilər. Türkiyə son üç ildə etibarlı bir model meydana gətirıb. Türkiyənin 2016-2017-ci ildə Cerablus və ətrafında, 2018-ci ildə Afrində olmaqla Suriyanın şimal-qərbində icra etdiyi hərbi əməliyyatlarla geniş bir bölgəni terroristlərdən təmizlədi. Suriyanın şimal-qərbindəki 365 min qaçqın evlərinə qayıtdı, onların təhsil müəssisələri, xəstəxana, iş yerləri təyinatı oldu”.

Nazir yazıb ki, Suriyalılar evlərinə qayıtmağı səbirsizliklə gözləyirlər və Türkiyə də milyonlarla qaçqının qayıtması üçün lazım olan dinc şəraitin yaradılmasına çalışır.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date