Ukraynada əlverişsiz hava şəraiti elektrik enerjisi təchizatında problem yaradıb

Ukraynada əlverişsiz hava şəraiti elektrik enerjisi təchizatında problem yaradıb
# 04 avqust 2019 10:50 (UTC +04:00)

Əlverişsiz hava şəraiti səbəbindən Ukraynada 40 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatı dayanıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, avqustun 3-dən 4-nə keçən gecə yağış, dolu və küləklə müşayiət edilən əlverişsiz hava şəraiti nəticəsində Odessa vilayətində 25, Kirovoqrad vilayətində 15 yaşayış məntəqəsinin elektrik enerjisi təchizatında problem yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR