Almaniyanın xarici işlər naziri sabah Gürcüstana səfər edəcək

Almaniyanın xarici işlər naziri sabah Gürcüstana səfər edəcək
# 22 mart 2023 17:56 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Analena Berbok sabah Gürcüstana səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Berbok martın 24-dək davam edəcək səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşlər keçiriləcək.

Analena Berbokun həmçinin, Gürcüstanın vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Məlumatda qeyd edilib ki, səfərin məqsədi ölkələr arasında sıx və birbaşa əlaqələr yaratmaq, Gürcüstanın Avropa perspektivi üçün əməkdaşlığı dərinləşdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR