Ukraynaya Böyük Britaniyadan M270 reaktiv yaylım atəşi sistemləri alıb.
APA Unian.net-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov öz “Twitter” səhifəsində yazıb.
“Böyük Britaniya söz verdi, Böyük Britaniya sözünü tutdu. Ukraynaya yeni M270 reaktiv yaylım atəşi sistemləri gəlib”, - o yazıb.
M270 sistemləri hədəfi 80 kilometr məsafəyə qədər dəqiqliklə məhv edə bilir.