Fransa Bolqarıstan və Şimali Makedoniya mübahisəsinin həllində platforma olmağa hazırdır

Fransa Bolqarıstan və Şimali Makedoniya mübahisəsinin həllində platforma olmağa hazırdır
# 07 iyun 2022 04:09 (UTC +04:00)

Fransa Bolqarıstan və Şimali Makedoniya arasında mübahisələrin həlli üçün platforma olmağa hazırdır.

APA xəbər verir ki, bunu Yelisey sarayının mətbuat xidməti Fransa Prezidenti Emmanuel Makronun sözlərinə istinadən məlumat deyib.

O, Bolqarıstan prezidenti Rumen Radev və Şimali Makedoniyanın baş naziri Dimitar Kovaçevski ilə iki ölkə arasındakı mübahisələrin həllini müzakirə edib və sazişin imzalanması üçün onların nümayəndə heyətlərini Parisdə qəbul etməyə hazır olduqlarını bildirib.

Makron bildirib ki, Bolqarıstan və Şimali Makedoniya səlahiyyətlilərini ikitərəfli müqavilə bağlamaq məqsədi ilə Parisdə qarşılamağa hazırdır.

Şimali Makedoniya və Bolqarıstan hazırda ikitərəfli münasibətlərin mədəni və tarixi aspektləri üzrə bir sıra mübahisəli məsələlər üzrə qarşılıqlı məqbul razılaşmaların əldə edilməsinə yönələn intensiv dialoq aparırlar.

Skopye gözləyir ki, bu, sonda Bolqarıstana Şimali Makedoniyanın Aİ-yə qəbulu ilə bağlı danışıqlarda vetonu aradan qaldırmağa imkan verəcək.

Bir sıra Şimali Makedoniyalı ekspertlərin fikrincə, iki ölkənin xarici işlər nazirliklərinin səylərinə baxmayaraq, yaxın gələcəkdə konsensusa nail olmaq mümkün deyil.

2020-ci ilin noyabrında Bolqarıstan bu ölkəyə qarşı bir sıra tələblər irəli sürərək Aİ ilə Şimali Makedoniya arasında danışıqların başlanmasına mane oldu.

Şimali Makedoniyanın Avropaya inteqrasiyasını açıq şəkildə dəstəkləyən Bolqarıstan ikitərəfli münasibətlərin açıq problemlərinin rəsmi danışıqlara başlamazdan əvvəl həll olunacağını gözləyir.

Xüsusilə, Sofiya bolqar dilinin dialektlərindən biri hesab etdiyi makedon dilinin mövcudluğunu tanımaqdan imtina edir, Şimali Makedoniyada 120 min nəfərə yaxın olan bolqar azlığına konstitusiya təminatı tələb edir, bu dilin obyektiv şərhinin zəruriliyini vurğulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR