Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, Qətər İqtisadi Forumu çərçivəsində baş tutan görüşdə tərəflər iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.