İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib

Ukrayna XİN

© APA | Ukrayna XİN

# 23 sentyabr 2022 23:51 (UTC +04:00)

Ukrayna Rusiya tərəfindən öz ərazisində İran istehsalı silahların istifadəsinə cavab olaraq bu ölkənin Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, faktla əlaqədar sentyabrın 23-də İranın Ukraynadakı müvəqqəti işlər vəkili XİN-ə çağrılıb. İran tərəfinə Rusiyaya silah tədarükünün Ukrayna-İran əlaqələrinə zərbə vuran qeyri-dost hərəkət olduğu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət və neytrallıq prinsipinə zidd olduğu bildirilib.

“Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR