“Leopard” tanklarının Ukraynaya təkrar ixracına icazə verməsi müzakirə ediləcək

“Leopard” tanklarının Ukraynaya təkrar ixracına icazə verməsi müzakirə ediləcək
# 24 yanvar 2023 20:04 (UTC +04:00)

Almaniyanın çərşənbə günü (25 yanvar) Polşaya Almaniya istehsalı olan "Leopard" tanklarının Ukraynaya təkrar ixracına icazə verməsi gözlənilir.

APA "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən məlumatlı mənbə bildirib.

Qeyd edək ki, bu gün Polşa müdadiə naziri "Leopard" tanklarının Ukraynaya göndərilməsinə dair icazə ilə bağlı müraciətin artıq Almaniya tərəfinə təqdim olunduğunu bildirib.

Almaniya qanunları ölkə istehsalı olan hərbi texnikanın təkrar ixracı üçün təsdiq tələb edir, yəni Avropadakı yüzlərlə "Leopard" tankı yalnız Berlinin razılığı ilə Ukraynaya göndərilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR