Liz Trass Türkiyənin Ukraynanın suverenliyinə dəstəyini alqışlayıb

Liz Trass, Rəcəb Tayyib Ərdoğan

© APA | Liz Trass, Rəcəb Tayyib Ərdoğan

# 22 sentyabr 2022 12:16 (UTC +04:00)

Böyük Britaniya Baş naziri Liz Trass və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

APA xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisinin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə Ukrayna müharibəsi müzakirə olunub.

“Baş nazir Türkiyənin Ukraynanın suverenliyinə verdiyi dəstəyi alqışladığını bildirib”, - Baş nazirin ofisindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR