Şarl Mişel: "Əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik"

Şarl Mişel: "Əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik"
# 23 iyun 2022 12:01 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurası bu gün Ukrayna və Moldovaya namizəd statusu verəcək.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə açıqlamasında bildirib.

“Bu, Avropa İttifaqı üçün həlledici andır. Bu gün biz geosiyasi bir seçim edəcəyik. Mən əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik və Ukrayna, Gürcüstan və Moldovaya güclü, aydın Avropa perspektivi ifadə edəcəyik”, - Aİ lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR