Səfir: Buça faciəsinin nəticələri onilliklər boyu əks-səda verəcək

Səfir: Buça faciəsinin nəticələri onilliklər boyu əks-səda verəcək
# 31 mart 2023 14:12 (UTC +04:00)

“31 mart 2023-cü il tarixində rus işğalçılarının vəhşi amansızlığı nəticəsində bütün dünyaya tanınan Ukraynanın Buça şəhərinin azad edilməsindən bir il ötür. Şəhərə daxil olan ukraynalı müdafiəçilər işgəncə və zorlama izləri olan çox sayda dinc sakinin cəsədlərini aşkar etdilər”.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevskinin “Buça qətliamı: dünyanın ona səssiz qalmağa haqqı olmayan cinayət” adlı məqaləsində bildirilir.

Səfirin sözlərinə görə, bu gün Ukrayna öz ərazilərini müdafiə etməyə və azad etməyə, öz azadlığı və Ukrayna xalqının mövcud olmaq hüququ uğrunda mübarizə aparmağa davam edir.

Diplomat qeyd edib ki, hərbi cinayətlərə dair hər gün getdikcə daha çox dəlil aşkarlanır və sənədləşdirilir.

Vladislav Kanevski vurğulayıb ki, Buça faciəsinin nəticələri onilliklər boyu əks-səda verəcək. Belə ki, milyonlarla Ukrayna vətəndaşının sınmış qəlbini sağaltmaq mümkün deyil: “Amma biz hər şey edə bilərik ki, bu cinayətlərdə günahkar olanlar ədalətli cəza alsınlar.

Ukrayna Ukraynadakı qəddar cinayətlərdə günahkar olanların məsuliyyətə cəlb edilməsi işində qəti sadiqliyi və dəstəyinə görə dostlarına və tərəfdaşlarına minnətdardır. Biz əminik ki, qüvvələri birləşdirərək, müasir imkanlardan və dünya təcrübəsindən istifadə etməklə hər bir cinayətkarı tapıb məsuliyyətə cəlb edə biləcəyik”.

Səfir qeyd edib ki, bununla bağlı Ukrayna beynəlxalq hüquq sahəsində aparıcı mütəxəssislərin Ukraynaya qarşı törədilmiş təcavüz cinayətini cəzalandırmaq üçün Xüsusi Cinayət Tribunalının yaradılması təklifini dəstəkləyib: “Artıq 30-dan çox dövlət, o cümlədən Avropa Parlamenti və AŞPA kimi nüfuzlu qurumlar Xüsusi Cinayət Tribunalının yaradılmasının zəruriliyini dəstəkləyir. İctimai dəstək də böyük əhəmiyyət kəsb edir. Bunu Avropada və dünyada milyonlarla insanın imzaladığı petisiya sübut edir.

Lakin müasir dövrdə analoji cinayətlərlə üzləşmiş, hərbi təcavüzün nə olduğunu, onun cəzasız qalmasının nələrə gətirib çıxardığını öz həyat təcrübəsindən bilən dövlətlərin iştirakı son dərəcə vacib və aktualdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR