Stoltenberq: "Türkiyə və Yunanıstan fikir ayrılığını diplomatik çərçivədə həll etməlidir"

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 15 sentyabr 2022 17:47 (UTC +04:00)

"Türkiyə və Yunanıstan NATO-nun vacib müttəfiqləridir, neçə on illiklərdir ki, bu ölkələr alyansın üzvüdür, NATO-ya töhfə veriblər".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Foreign Policy"nin canlı yayımında deyib.

"Bu iki ölkə arasında fikir ayrılığı, bəzi narazılıqlar var və bizim mesajımız da odur ki, bu fikir ayrılıqları diplomatik vasitələrlə həll olunmalıdır, hərbi insidentlərdən qaçmaq lazımdır, mümkün risklər azaldılmalıdır".

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə tərəddüdü ilə bağlı sualı cavablandıran Yens Stoltenberq deyib ki, Türkiyə illər ərzində terrordan əziyyət çəkib və onun narahatlığı başa düşüləndir.

"Nəzərə almalıyıq ki, Türkiyə terrordan ən çox əziyyət çəkən müttəfiqimizdir ona görə də NATO olaraq Türkiyənin narahatlıqlarını ciddiyə alırıq. Eyni zamanda qeyd edim ki, Madriddə Finlandiya, İsveç və Türkiyə arasında razılaşmanın imzalanması təqdir edirik, bu, hamı üçün vacib idi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR