Tbilisi-Moskva çarter reysi ləğv edilib

Tbilisi-Moskva çarter reysi ləğv edilib
# 28 yanvar 2022 11:46 (UTC +04:00)

Tbilisi ilə Moskva arasında həyata keçiriləcək çarter reysi epidemioloji vəziyyətin pisləşməsi səbəbi ilə ləğv edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Hava Yolları şirkətinin prezidenti Tamaz Qaiaşvili yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə uçuşun təxirə salınmasının səbəbi Gürcüstan və Rusiyadakı mürəkkəb epidemioloji vəziyyətdir: “Yoluxanların sayı iki dəfə artıb, vəziyyət kəskin şəkildə dəyişib. Jurnalistlərin məsələ ilə bağlı təşvişi də uçuşun ləğv edilməsində rol oynadı. Çarter uçuşları hər tərəfə var və bu təşviş heç nədən başladı. Bu cür bir çox çarter uçuşlar həyata keçirilib”,- deyə T.Qaiaşvili bildirib.

T.Qaiaşvili qeyd edib ki, tələbat olduğu təqdirdə gələcəkdə də bu istiqamətdə uçuşlar planlanacaq.

Qeyd edək ki, hava yolu şirkəti daha əvvəl Tbilisidən Moskvaya nəzərdə tutulmuş çarter reysinin bir biznesmen tərəfindən sifariş verildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR