Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb, polislə insident yaşanıb - FOTO - YENİLƏNİB-2

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb, polislə insident yaşanıb - FOTO  - YENİLƏNİB-2
# 18 sentyabr 2022 14:04 (UTC +04:00)

***

13:45

Gürcüstan polisi paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünü dağıdıb.

APA-nın yerli bürosu xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.

Xəbərə fotolar əlavə edilib.

***

13:36

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR