Türkiyə XİN Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib

Türkiyə XİN Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib
# 01 oktyabr 2022 02:04 (UTC +04:00)

Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq etmək qərarını rədd edirik.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Türkiyə 2014-cü ildə keçirilən qeyri-qanuni referendumla Krımın Rusiya tərəfindən ilhaqını da tanımayıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb.

“Beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozulması olan bu qərarı qəbul etməyimiz mümkün deyil. Biz daha getdikcə daha da ağır forma alan müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”, - deyə Türkiyə XİN-nin bəyanatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR