Ukraynanın 2 vilayətində elektrik təchizatı bərpa edilib - YENİLƏNİB

Ukraynanın 2 vilayətində elektrik təchizatı bərpa edilib  - YENİLƏNİB
# 12 sentyabr 2022 03:24 (UTC +04:00)

Xarkov vilayətindəki istilik elektrik stansiyasına raket zərbəsindən sonra kəsilmiş elektrik təchizatı bərpa edilib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, artıq Sumı və Poltava vilayətlərinin əksər ərazilərində enerji təchizatı ilə bağlı problem aradan qaldırılıb. Xarkov İES-də yanğın söndürülərkən bir işçinin cəsədi aşkar edilib.

Su təchizatının bərpası üzrə iş davam edir.

***

23.17

Ukraynanın bir neçə vilayətində elektrik təchizatı kəsilib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bir neçə şəhərdə isə elektrik təchizatında ciddi fasilələr yaranıb.

Xarkov şəhərinin meri İqor Terexov bildirib ki, Rusiya ordusu şəhərin vacib infrastruktur obyektlərinə zərbə endirib. Bu da ilk növbədə elektrik təsərrüfatına zərbə vurub. Nasoslar işləmədiyi üçün su təchizatında da ciddi ləngimə müşahidə olunur. Sumı vilayətində isə şəbəkədə gərginlik aşağı olduğundan elektrik avadanlıqlarını işlətmək mümkün deyil.

Qəzaların aradan qaldırılması üçün işlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR