Vuçiç hesab edir ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar iyunda başlaya bilər

Aleksandar Vuçiç 

© APA | Aleksandar Vuçiç 

# 26 mart 2023 14:03 (UTC +04:00)

Serbiya prezidenti Aleksandar Vuçiç hesab edir ki, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar iyunda başlaya bilər.

APA xəbər verir ki, o, bu barədə bazar günü Pink telekanalına müsahibəsində bildirib.

"Ukrayna asanlıqla hərbi yolla qalib gələ bilməyəcək, daha doğrusu, demək olar ki, mümkün deyil. Mən gözləyirəm ki, artıq iyun ayında o, Avropa yolunda böyük irəliləyiş əldə edəcək. Düşünürəm ki, Aİ-yə erkən və fövqəladə üzvlük imkanı ilə danışıqların dərhal başlanması ilə bağlı qərarlar qəbul ediləcək”, - Vuçiç bildirib.

“NATO-ya kimin başçı olacağı ilə bağlı rəqabət başlayır, amerikalılar Avropa daxilində blok yaradır, bunlar Polşa, Baltikyanı ölkələr və Ukrayna olacaq. Bu beş ölkəni götürəndə əhalisinə görə Fransadan böyük, Almaniyaya yaxınlaşan bir ölkə çıxır. Bura Rumıniyanı da əlavə etsəniz, Avropanın ən güclü “sextet”ini alacaqsınız. Avropanın özündə hər şey siyasi xəritənin dəyişməsinə doğru gedir, bizim vəzifəmiz bunu müşahidə etməkdir. Bu da bizim Avropa ilə münasibətlərimizin dinamikasını ümid edirəm ki, müsbət mənada dəyişəcək. Əlbəttə, bizim üçün həmişə məhdudlaşdırıcı amil olacaq - Rusiya Federasiyasına və təbii ki, Kosovo və Metoxiyaya qarşı sanksiyalar”, - prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR