Yunanıstan Baş naziri: Qonşularımıza kömək etmək borcumuzdur

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis

© APA | Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis

# 09 fevral 2023 14:13 (UTC +04:00)

"Qonşularımıza kömək etmək bizim borcumuzdur".

APA xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Yunanıstan Türkiyəyə xilasedicilər göndərən ilk ölkələr arasında olub.

“Onlar orada insanların həyatını xilas edir, biz ikinci heyəti də göndərdik. İndi isə 5 təyyarə humanitar yardım yollayırıq. Qonşularımıza kömək etmək bizim borcumuzdur. İndi bütün siyasi fikir ayrılıqlarını bir kənara qoymaq və dostluq əlini bu qorxunc fəlakətdən əziyyət çəkmiş Türk, Suriya xalqlarına uzatmaq vaxtıdır.

Türkiyə və Yunanıstan münasibətlərinə gəlincə, mən azyaşlı türk qızını xilas etmək üçün türk və yunan xilasedicilərinin birgə işindən daha güclü mesaj təsəvvür etmirəm.

Mən hər zaman demişəm ki, biz dost xalqlarıq”, - Yunanıstan Baş naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR