Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,07% azalaraq 1 709,5 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,02% azalaraq 18,71 dollar təşkil edib.