Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 2,8% artaraq, 1 676,6 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 6,97% artaraq, 20,78 dollar təşkil edib.