Avropa Məhkəməsindən Ermənistana dəyən sillə və artan erməni təxribatları

Avropa Məhkəməsindən Ermənistana dəyən sillə və artan erməni təxribatları

Ermənistan Azərbaycana qarşı bütün sahələrdə müharibə elan edib.

Azərbaycan və Ermənistan arasında İrəvanın hər bir sahədə başlatdığı müharibə davam etməkdədir. Hələ Qarabağda hərbi əməliyyatların başladığı illərdən on illər əvvəl, erməni xalqı Azərbaycan xalqına müharibə elan etmişdi. Bu müharibə təkcə ermənilərin bizə qarşı torpaq iddiaları deyil. Bizlər ən azı iki əsrdir ki, qonşularımız olan ermənilərin dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycan və azərbaycanlılara qarşı təkcə ərazi iddialarının deyil, eyni zamanda mədəniyyət, incəsənət, kulinariya və digər sahələrdə  elan etdikləri müharibənin şahidiyik. 1980-ci illərin sonlarından başlayan və 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı isə, bu mənfur xalqın bizə qarşı açdığı müharibənin hələlik kulminasiyası idi. Elə ona görə də, Ermənistan və Azərbaycan arasındakı bugünkü münaqişənin adı Dağlıq Qarabağ münaqişəsi və yaxud Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi deyil, erməni – Azərbaycan münaqişəsidir. 2 ay əvvəl Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki hücumu, Ermənistandakı yeni hakimiyyətin “yeni müharibə - yeni ərazilər” şüarları bir daha sübut edir ki, rəsmi İrəvan, ümumdünya erməni diasporu və erməni kilsəsi planlı hədəflərinə doğru irəliləmək strategiyanı davam etməkdədirlər.

Etiraf etmək lazımdır ki, son 2 əsr ərzində ermənilərin bəxti gətirdi. XIX əsrin sonlarından başlayan və  bütün XX əsr boyu davam edən qlobal siyasi konfiqurasiyanın  dəyişməsi nəticəsində ayrı – ayrı geosiyasi aktorların “erməni məsələsi”ndən öz maraqları üçün istifadə etmələri sonda Qafqazda erməni dövlətinin yaranmasına gətirib çıxartdı. Ötən əsrin sonlarında, yenə geosiyasi aktorların dövlət maraqlarının reallaşdırmaları nəticəsində erməni məsələsi altında Cənubi Qafqazda gələcək onillikləri hədəfə alan Qarabağ və ətraf rayonların işğalı reallaşdı.

Qanunsuz məskunlaşma, Yaxın Şərqdən erməni terrorçuların işğal altındakı ərazilərə yerləşdirilmələri.

Son 3 ildə ümumdünya erməni diasporu, onların Qafqazdakı “siyasi və dini filialları” yenidən fəallaşaraq bölgədəki geosiyasi parçalanmadan istifadə etmək arzusuna düşərək Azərbaycana qarşı təxribatlarını gücləndirməkdədirlər. Lakin onların nəzərə almadıqları və yaxud nəzərə almaq istəmədikləri bir nüans var. İndi onların havadarları və onlar qarşısında, nə 1918-1920-ci illərin, nə də 1991-1994-cü illərin Azərbaycanı var. Bugünkü Azərbaycan öz dövlətçilik yerində möhkəm oturan, iqtisadi, hərbi və beynəlxalq resurslarına görə oturuşmuş dövlətçilik xüsusiyyətlərinə sahib olan dövlətdir. Elə 2016-cı ilin aprel  və 2020-ci ilin iyul döyüşləri də, bunu bir daha sübut etdi. Azərbaycan xalqı, Azərbaycan dövləti  öz vahidliyini və həmrəyliyini göstərmiş oldu. Azərbaycan xalqı ermənilərdən fərqli olaraq mərd və hünərli şəkildə yaşından asılı olmayaraq, hamılıqla ermənilərlə üz – üzə səngərə istiqamətləndi. Bunu görən ermənilər tez bir şəkildə Yaxın şərqdən hazırlıqlı erməni döyüşçülərinin Cənubi Qafqazda gətirilməsi üçün intensiv işlərə başladılar. Dağlıq Qarabağa və ətraf rayonlara erməniləri gətirərkən Yaxın Şərqdəki müharibəni və acınacaqlı vəziyyəti bəhanə gətirən İrəvan, əslində bölgəyə, həm də, təcrübəli terrorçuları yerləşdirməkdədir. Əlavə olaraq, Ermənistan dövləti işğal altındakı torpaqlarda qeyri-qanuni məskunlaşdırdığı Suriya və Livan ermənilərinə ev və torpaqla yanaşı, vətəndaşlıq da verir. Məsələn, təkcə bir faktı demək kifayətdir: “Azərkosmos" ASC-nin "Azersky" peyki vasitəsilə aparılan monitorinqlər nəticəsində işğal altında olan Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib.

Bu yaxınlarda, Ermənistanın vətəndaşlarından ibarət  100 minə yaxın könüllü toplamaq planları isə, bir daha düşmənin acınacaqlı vəziyyətini göstərmiş oldu. Əslində, ilbəil əhalisini itirən dövlətin orduda əsgər çatışmazlığını etiraf etməsi, lakin bununla belə provokasiyalarını davam etdirməsi xəstə erməni xüsusiyyətinin bariz nümunəsidir. Təsəvvür edin, BMT-nin  Sosial və İqtisadi Məsələlər Departamentinin məlumatına görə, təkcə ötən il Ermənistanı 2 min insan tərk edib. Lakin, bununla belə, Ermənistan yeni torpaqlar istəyir, ərazi iddialarını davam etdirir və beynəlxalq qanunlara məhəl qoymadan təxribatçı hərəkətlərini davam etdirir.

Beləliklə, biz Ermənistan dövlətinin, ümumdünya erməni diasporunun və erməni kilsəsinin ayrı-ayrı dövlətlərdəki havadarlarının dəstəyi ilə təxribata istiqamətlənmiş addımlarının şahidi olmaqdayıq. Azərbaycan dövlətinə zərər vurmağı hədəfə alan bu qüvvələr tarixin müxtəlif zamanlarında olduğu kimi, indi də, öz məqsədlərinə çatmaq üçün Azərbaycanı qarışdırmaq, Azərbaycanı provokasiyalara çəkmək kimi istəklərə malikdirlər. Elə ermənilərin qorxaqlığı da bundadır. Azərbaycan prezidentinin təkbətək döyüşək çağırışına cavab verə bilməyən və bizimlə təkbətək meydanda vuruşmaqdan qorxan Nikol Paşinyanlar, David Tonoyanlar müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların qapılarında yatmaqla və onlara yaltaqlanmaqla öz çirkin simalarını göstərməkdədirlər.

Avropanın Azərbaycanla bağlı  Ermənistana son 3 ayda bir neçə dəfə dəyən silləsi

Lakin, dövr artıq o dövr deyil. Elə təkcə son 3 ay ərzində üst –üstə bir neçə Avropa ayrı – ayrı  qurumlarının Ermənistanı işğalçı adlandırmaları, torpaqların  Azərbaycanın beynəlxalq əraziləri olduqları haqqında bəyanatları bunun bariz nümunəsidir. (https://apa.az/ru/blog/Krah-politiki-Pashinyana-neskolko-poshechin-ot-evropejskih-struktur-za-poslednie-dve-nedeli-21) .

Elə bu yaxınlarda Ramil Səfərovla bağlı  Ermənistandan olan iki şikayətçi - Budapeştdə öldürülən erməni hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddianın qəbul edilməməsi də, Ermənistanın beynəlxalq müstəvidə diplomatik fiaskosunun növbəti təzahürüdür. Avropa Məhkəməsi Ramil Səfərovun cinayəti şəxsi zəmində törətməsi ilə bağlı Macarıstan Məhkəməsinin hökmünə əsaslanaraq Azərbaycan dövlətinin Qurqen Marqaryanın qətlinə heç bir təsirinin olmadığı qənaətinə gəlib. Bununla yanaşı Avropa Məhkəməsi Macarıstanı da hər hansı bir məsuliyyətdən azad edib.

Əli qana batan erməni siyasətçilərin Azərbaycana qarşı apardıqları bu çirkin oyun qarşısında əlbəttə, bizim də edəcəklərimiz var. Azərbaycanlı dinc əhalini qətlə yetirdiklərini etiraf edən Robert Koçaryan, Zori Balayan və Serj Sarkisyan mütləq şəkildə beynəlxalq tribunal qarşısında törətdikləri əməllərə görə cavab verməlidirlər.

Xülasə, bu gün Azərbaycan dövləti və Azərbaycan xalqı artıq bir neçə əsr davam edən ermənilərin bizlərə qarşı elan etdikləri müharibə ilə qarşı – qarşıdır. Son zamanlar bölgədə baş verənlər Ermənistandakı yeni hakimiyyətin münaqişə ilə bağlı nəzər nöqtəsini ifşa etməklə yanaşı, bölgəyə qonşu olan ayrı – ayrı dövlətlərin də, münaqişə tərəflərinin hansının yanında olduqlarını göstərmiş oldu. Rəsmi Bakı bölgədə cərəyan edən proseslərin fərqindədir. Elə xarici siyasət və hərbi vektorlarla  bağlı son 2 ay ərzində qəbul edilən radikal qərarlar da, bu nəticənin nümunəsidir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Hafiz Səfixanov
Mina problemləri üzrə təhqiqatçı

Hafiz Səfixanov

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev