Ermənistan rəhbərliyinin yalanları ifşa olunmaqdadır

Ermənistan rəhbərliyinin yalanları ifşa olunmaqdadır

Ermənistan rəhbərliyinin yalanları ifşa olunmaqdadır. Maraqlısı bundadır ki, ermənilərin yalanları o qədər gülünc və absurddur ki, artıq bəzi ermənilər və Ermənistana yaxınlığı ilə seçilən jurnalistlər və bloqgerlər də İrəvanın apardığı gülünc siyasəti ifşa etməkdədirlər.

Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər 200 ildir, olmazın yalanlar danışırlar. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyat danışmaqdan yorulmayan ermənilər başa düşmürlər ki, artıq dövran başqadır. İndi, informasiya cəmiyyəti dövründə, elmi – texniki tərəqqinin pik həddə çatdığı bir vaxtda yalan və çirkab dolu informasiya siyasətinə düzəlişlər etmək lazımdır.

Sentyabrın 27-si Azərbaycan və Ermənistan arasında işğal altındakı torpaqlarda müharibənin başlanmasından sonra Ermənistan yalan maşını gah F-16 qırıcısının guya Ermənistan sərhədini keçərək hərbi hava qüvvələrinin helikopterini vurmasını, gah da Azərbaycan silahlı qüvvələrinin guya Ermənistan ərazisinə raket zərbələri endirməsindən danışırdı.

Azərbaycana qarşı apardıqları çirkin kampaniyalardan biri də guya hərbçilərimizin ermənilərə qarşı ikinci soyqırımı törətdikləri, Qarabağda dinc erməni əhalisini bombardman etmələri ilə bağlı idi. Heç bir fakta söykənməyən bu məlumatları yayaraq, Ermənistan döyüşlərdəki məğlubiyyətini kompensasiya etmək, Azərbaycana qarşı beynəlxalq koalisiyanın formalaşmasına cəhd edirdi. Lakin kosmik əsrdə yaşadığımız bir dövrdə dünyanın aparıcı dövlətləri Cənubi Qafqazda əsl aqressorun və terrorçunun kim olmasını çox yaxşı bilir.

Bu arada, biz növbəti dəfə dünyanın ayrı-ayrı ölkələrinin dördüncü hakimiyyətlərinin nümayəndələrinin Ermənistanı ifşa etmələrinin şahidi olmaqdayıq.

Bu dəfə, Azərbaycanın işğal olunmuş ərazilərindən reportaj göndərən litvalı jurnalist Vidmantas Balkunasın məqalələri tanınmış “Delfi” internet portalında yayımlanıb.

Münaqişə zonasından hazırladığı reportajlar silsiləsində litvalı jurnalist Ermənistanın bir sıra yalanlarını ifşa edib. Jurnalist Xankəndi şəhərində və Şuşada yaşayış yerlərində, eləcə də digər mülki obyektlərin içərisində və ya yaxınlığında raket qurğularının yerləşdirildiyini yazıb.

Jurnalist bildirib ki, Xankəndində çoxmənzilli binaların birinin zirzəmisində dinc sakinlərin sığındığı vaxtda, digər bölmədə hərbi formalı şəxslər danışıqlar aparır. Həmçinin, yaşayış bölgələrində raket qurğuları gizlədilib. O, Ermənistan rəsmilərinin apardığı yalan və böhtan siyasətini ifşa edərək, şəhərlərin içərisində S-300 qurğusunun yerləşdirilməsini bildirib. “Buna nə ad vermək olar?” - deyə oxucularına sual verib.

Xankəndində, Şuşada guya irimiqyaslı dağıntıların olması barədə erməni təbliğatının yaydığı xəbərləri də təkzib edən litvalı jurnalist qeyd edir: “Yerevanda bizə dedilər ki, Xankəndi bütövlükdə viran qoyulduğuna görə bundan sonra o biri şəhərləri bombalayacaqlar, Azərbaycan mümkün qədər çox ziyan vurmaq istəyir ki, ölkə iqtisadiyyatını taqətdən salsın. Biz bütün şəhəri başdan-başa gəzdik. Bəzi yerlərdə sökülən pəncərələr sayılmasa, şəhərin mərkəzi dağılmayıb. Buna təəccübləndik. Sabah daha çox görməyə ümid edirəm”.

Şuşada olarkən jurnalist guya Azərbaycan tərəfindən qəsdən vurulmasına dair səs-küy qaldırılan kilsəni də görüb və məsələyə dair başqa ehtimal irəli sürüb: “Kilsədəki dağıntıların indiyədək təmizlənməməsi də adama qəribə gəlir. Burada oturacaqlar, uçan divar parçaları, hətta mərmi qəlpələri səpələnmiş vəziyyətdə qalıb. Bəlkə də bunları jurnalistlərə göstərmək üçün saxlayıblar”.

Bəli, ermənilərin gülünc və absurd dolu yalanları ifşa edilməkdədir. Azərbaycanla üz-üzə döyüşə bilməyən Nikol paşinyanlar, David tonoyanlar yaxşı olardı ki, silahı yerə qoyub apardıqları uçurumlu siyasətdən əl çəksinlər...

Artıq dünya kimin kim olduğunu çox yaxşı bilir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov