Məişət zorakılığı nədir?

Məişət zorakılığı nədir?

Bu yazımızda psixoloji vəziyyətin mənfi təsirlərini də nəzərə alaraq məişət zorakılığı barədə ətraflı məlumat verməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, hətta uşaqlara qarşı törədildiyi halda valideynlik hüququndan məhrum etmə ilə nəticələnən məişət zorakılığına görə aşağıdakı kimi sərt məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur:

- Şəxsin öz əmlakından, gəlirlərindən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına və ya belə asılılıqdan sui-istifadə edilməsinə görə 100-300 manatadək cərimə

- Şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300-500 manatadək cərimə

- Şəxsin məişət zorakılığı daha ağır (döymə, sağlamlığa xəsarət yetirmə, öldürmə) dərəcədə olarsa, bu halda şəxsin inzibati tənbeh yaxud cinayət əməlinə görə inzibati qaydada həbslə yanaşı, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası.

Bəs məişət zorakılığı nədir?

Anlayışla bağlı qanunvericiliyin verdiyi izaha görə yaxın qohumluq münasibəti və birgə yaşamaqdan sui-istifadə etməklə digər şəxsə qarşı qəsdən fiziki və ya mənəvi zərər vurulması məişət zorakılığı olaraq qəbul edilir. Məişət zorakılığına məruz qalan şəxslər kimi ailə üzvlərindən başlayaraq yaxın qohumlar, nikaha xitam verilmiş şəxslər, qəyyum və himayəçilər təyin olunan qəyyumluq və himayədə olanlar, nikahda olmadan birgə yaşayan şəxslər tanınır.

Məişət zorakılığı barədə araşdırma ya birbaşa şəxsin müraciəti üzrə, ya da fiziki və ya hüquqi şəxslərdən, kütləvi informasiya vasitələrindən daxil olmuş məlumatlar üzrə aparılır.

Məişət zorakılığı üzrə şikayətdə cinayət tərkibi əlamətləri olarsa, cinayət prosessual qaydada hüquq-mühafizə orqanları tərəfindən, həmin əlamətlər olmadıqda isə şəxsin yaşadığı yerin yerli icra hakimiyyəti orqanı tərəfindən baxılır.

Hər bir halda müraciət araşdırılarkən məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyi qorunmalı, psixoloji yardım göstərilməli, bu halın təkrarlanmaması üçün zəruri işlər görülməli, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görülməli, məlumatların məxfiliyi gözlənilməlidir.

Müraciətə daha çox yerində baxılması qaydasında araşdırma aparılmalı və müvafiq qərarlardan biri qəbul edilməlidir:

- məişət zorakılığı törətmiş şəxsə məsuliyyəti izah edilməklə bu halın təkrarlanmaması barədə xəbərdarlıq edilməsi

- şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və məhkəməyə məhdudlaşdırma barədə müraciət edilməsi

- inzibati və ya cinayət məsuliyyəti tətbiq edilməsi üçün səlahiyyətli orqanlara müraciət edilməsi

- qısamüddətli, uzunmüddətli mühafizə orderinin verilməsi

- zərərçəkmişin yardım mərkəzində sığınacaqla təmin edilməsi.

Məişət zorakılığı halı müəyyən edildikdə tərəflərlə ayrılıqda hüquqşünas və psixoloq söhbəti olur. Əgər bu tədbirlər effekt verməzsə, hadisəni törətmiş şəxsə xəbərdarlıq edilir və zərərçəkmişə 30 günədək müddətə qısa müddətli mühafizə orderi verilir. Bu orderlə əməlin təkrarlığı, zərərçəkmişin yeri bilinməyəndə axtarılması, zərərçəkmişi narahat edən hərəkətlər qadağan edilir.

Qısamüddətli orderə  ya xəbərdarlığa əməl olunmazsa, 30-180 günədək məhkəmə qaydasında uzunmüddətli order verilir. Bu orderlə isə əməli törədənin yetkinlik yaşına çatmayan uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən, birgə əmlakdan istifadə, əməli törədənin inzibati yaxud cinayət məsuliyyətinə cəlb olunması qaydaları müəyyən edilir.

Zərərçəkmişlərin yardım mərkəzləri ilə təmin edilməsi hüququ var. Bu mərkəzlərdə hüquqi və tibbi yardım, işlə təmin, peşə hazırlığı, psixoloji kursların təşkili, müvəqqəti sığınacaqlarla (3 ay yetkinlik yaşına çatmayanlar, digər şəxslər 2 ay) təchiz etmə və digər yardımçı xidmətlər həyata keçirilir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.