Soyuqqanlılıq vaxtıdır, qəzamız mübarək olsun

Soyuqqanlılıq vaxtıdır, qəzamız mübarək olsun

Doğrudur, vəziyyət nəzarətdən çıxmaq üzrədir. Bu kimi hallarda soyuqqanlılıq vaxtıdır. Yəqin başqa peşələrdə də elədir, ancaq təbabətdə böhran vaxtı soyuqqanlılıq bəyənilən deyil, şərt qoşulan məziyyətdir. Təhsil aldığım İstanbul Tibb Fakültəsində ilk yardım otağında özünü itirən, emosiyalarına qapılan həkimi, tibb işçisini o dəqiqə oradan qovardılar.

Bu dəqiqə cəmiyyət olaraq bəlaya düçar olmuşuq. Cəmiyyətimizin hər fərdinin səfərbər olmağına ehtiyacımız var.

Mənim cəmiyyət nümayəndələrinə təkliflərim bunlardır:

- Virusa inanmayanlara atmacaları yığışdıraq

- İstər idarə olunan, istər idarə edənlərə qarşı bütün ciddi iradları indilik yumşaldaq

- Gündəlik yoluxma sayını 100-ün altına endirək, sonra nə qədər istəsəniz döşəyərik (ya da döşəyərsiniz).

Pandemiya yaradıcısı ilə mübarizə ümumi iş olduğu üçün hər kəsin iştirakına ehtiyacımız var. Qarabağ müharibəsi ilə analogiya aparın. Virusla mübarizəni müharibə kimi görməsək, bu müharibədən üzüağ çıxmasaq, inanın, Qarabağda da heç nə edə bilməyəcəyik. "O başqa şeydir" deməyin. Siz məni dinləyin - eyni şeydir. Hər ikisində cəmiyyətin səfərbərliyinə ehtiyac var.

Dostlar, hökumət həftəyə 2-3 xəstəxananı COVID üçün xüsusi rejimli obyektə çevirir. Bu gün ən böyük xəstəxanamızın yataq fondu 500-ü keçmir. İndi isə hər gün bir "Semaşko" qədər xəstəxananı dolduracaq "yoluxmuş" istehsal edirik.

Dostlar, cəmiyyətə ruh yüksəkliyini qaldıracaq ismarışlar vermək lazımdır. Müharibədə olduğu kimi.

Qəzamız mübarək olsun.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.